“Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib


Digərləri 28 May 2019 01:37:15 283 0

“Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı müəyyənləşib

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib

Bakı. Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, mayın 28-də Bakı Olimpiya Stadionuda saat 17:45-də “Arsenal” futbol klubunun baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı, saat 18:30-da isə mətbuat üçün açıq məşqi keçiriləcək. “Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı saat saat 20:15-də, mətbuat üçün açıq məşqi isə saat 21:00-da baş tutacaq.