Günün qoroskopu: Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız


Digərləri 28 May 2019 00:01:00 218 0

Günün qoroskopu: Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin.

Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.

Fiziki işdə fayda var.

Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.

Buğa - emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır.

Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun.

Səhhətinizin qayğısına qalın. Travma riski var.

Yolda diqqətli olun.

Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın.

Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.

Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar.

Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür.

Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər.

Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.

Psixikanızın müdafiə funksiyalarından yararlanın.

Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq.

Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar.

Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.

Mövqeləriniz həmişəki kimi güclü deyil.

Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin.

Qız - qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil.

Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.

Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin.

Tərəzi - emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın.

Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun.

Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın.

Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın.