Azərbaycan nefti bahalaşdı


Digərləri 27 May 2019 23:55:00 226 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,13 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.