Trampın silah satışı qərarı Konqresi qarışdırdı


Dünya 27 May 2019 21:20:00 229 0

Trampın silah satışı qərarı Konqresi qarışdırdı

ABŞ prezidenti Donald Trampın fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satmaq qərarı Konqresdə etirazlara səbəb olub.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Tramp fövqəladə vəziyyət səlahiyyətindən istifadə edən zaman Konqresin razılığına ehtiyac qalmır. 

Trampın Konqresin razılığını almadan fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək silah satışının önünü açmasına siyasətçilər reaksiya göstərib.

Nümayəndələr Palatasının üzvü Maykl Mccaul Trampın qərarının gələcəkdə Konqresin etibar və gücünə zərər verəcəyini söyləyib.

Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü, senator Bob Menendez isə deyib: "Trapın insan haqlarını müdafiə etmək əvəzinə Səudiyyə Ərəbistanı kimi avtoritar ölkələrə dəstək verməsi məni üzdü".