BakıQazax yolunda ağır yol qəzası:


Digərləri 27 May 2019 20:39:00 329 0

BakıQazax yolunda ağır yol qəzası:

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.