Rusiyada fəzaya buraxılan raketi ildırım vurdu


Dünya 27 May 2019 20:29:00 247 0

Rusiyada fəzaya buraxılan raketi ildırım vurdu

Rusiyanın Plesetsk kosmodromunda fəzaya buraxılan "Soyuz-2.1b" raketini ildırım vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə raket havaya qalxandan 10 saniyə sonra baş verib.

Qeyd olunur ki, ildırım vurması raketin uçuşuna təsir etməyib. Raket-daşıyıcı "Qlonass-M" naviqasiya peykini orbitə çıxarıb.