Cennifer Lopezin konsert üçün TƏLƏB SİYAHISI


Digərləri 27 May 2019 20:09:00 207 0

Cennifer Lopezin konsert üçün TƏLƏB SİYAHISI

Məşhur dünya ulduzu Cennifer Lopez "It's May Party'" qastrol səfəri çərçivəsində Türkiyənin Antalya şəhərində də çıxış edəcək.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, konsert 6 avqust tarixinə planlaşdırılsa da, Lopezin istək və tələbləri ilə dolu siyahı artıq məlum olub.

49 yaşlı ulduz otelin "Kral Villası"nda qalacaq. Bu otağın bir gecəlik qiyməti 25 min lirə, yəni 6000 manatdır. Bundan başqa Lopez aşağıdakı siyahını da göndərib.

1.Nömrədə tempratur 14 dərəcə olacaq; 2.Dekorasiya ağ rəngdə olacaq; 3.Yataq otağında ağ qızılgül və zambaqlar olacaq. Qreyfrut və limon çiçəyi qoxuyan şamlar yerləşdiriləcək; 4.Şokolad, qurabiyə, çips və meyvə olacaq; 5.Yeməklər villanın mətbəxində hazırlanacaq.