Edin Dzeko 2 klubun hədəfində


İdman 27 May 2019 20:07:00 222 0

Edin Dzeko 2 klubun hədəfində

Roma-nın hücumçusu Edin Dzeko komandasını dəyişməyə hazırlaşır.

Goal.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisinin üzvü uğrunda İnterFenerbahçe mübarizə aparır. 33 yaşlı forvardın Türkiyə klubu ilə danışıq aparmaq üçün hətta İstanbula yollandığı da bildirilib. "Sarı-lacivərdlilər" onunla ilkin müqavilə bağlamağa çalışır.

Qeyd edək ki, Edin Dzekonun Romailə müqavilə müddəti gələn ilin yayına qədərdir.