Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər


Digərləri 27 May 2019 19:31:00 310 0

Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər

Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Pakistanın mülki aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.

Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər.

Qeyd olunub ki, son illərdə Azərbaycana biznes və istirahət üçün gələn pakistanlıların sayında artım müşahidə olunur.