Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə 15 il cəza verildi


Kriminal 27 May 2019 19:11:00 283 0

Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə 15 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Balayev 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.