Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər


Digərləri 27 May 2019 19:06:37 177 0

Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər

Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.

Bakı. Xeyrəddin Nəsirzadə - Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir. Trend-in məlumatına görə, bunu Pakistanın mülki aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib. Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər.