Hacıqabul sakinini avtomobil vuraraq öldürüb


Digərləri 27 May 2019 18:44:00 255 0

Hacıqabul sakinini avtomobil vuraraq öldürüb

Mayın 26-da saat 23 radələrində Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, kənd sakini Zahid Nəzərovu müəyyən edilməmiş avtomobil vurub.

Nəticədə piyada aldığı xəasarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən istintaq-əməliyyat tədbirləri aparılır.