Türkiyə HHQ İraqın 3 rayonunda əməliyyat aparır


Dünya 27 May 2019 18:24:00 201 0

Türkiyə HHQ İraqın 3 rayonunda əməliyyat aparır

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK silahlılarına qarşı əməliyyatları davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən xəbər veriblər.

Əməliyyatlar Hakurk, Avaşin və Baysan rayonlarında keçirilir.

Keçirilən əməliyyatlar nəticəsində 3 silahlı zərərsizləşdirilib. Həmçinin onların silah anbarı dağıdılıb.