Prezident İlham Əliyev: "Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır"


Siyasət 27 May 2019 18:26:00 260 0

Prezident İlham Əliyev: "Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır"

Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Dövlət başçısı deyib ki, bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur: "Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi - bütün bunlar son illər ərzində görülmüş işlərdir".