Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib


Siyasət 27 May 2019 17:54:00 204 0

Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli xanım Prezident, Efiopiyanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm".