Ləğv prosesində olan banklarda kreditlərin restrukturizasiyasına başlanılıb


Digərləri 27 May 2019 17:55:00 246 0

Ləğv prosesində olan banklarda kreditlərin restrukturizasiyasına başlanılıb

Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan banklarda vaxtı ötən kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edir.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan QSC "Bank Standard" KB, "Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən "Əməliyyat İdarəsi" filialına vaxtı otən kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.