Liqa 1 klubunda məşqçi dəyişikliyi reallaşdı


İdman 27 May 2019 17:45:00 284 0

Liqa 1 klubunda məşqçi dəyişikliyi reallaşdı

Lyon baş məşqçi postunda dəyişiklik edib.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bruno Genesio ilə yollar ayrılıb.

Əvəzində braziliyalı Silvinyo bu vəzifəyə gətirilib. 2011-ci ildən müxtəlif komandalarda köməkçi kimi çalışmış 45 yaşlı mütəxəssis ilk dəfə baş məşqçi olub. Fransa klubunun yeni idman direktoru isə onun həmyerlisi və Braziliya millisindəki komanda yoldaşı Juninyo Pernambukano təyin olunub.

Qeyd edək ki, Fransa Liqa 1-də mövsümü 3-cü pillədə başa vuran Lyon Çempionlar Liqasında mübarizə aparacaq.