Ankarada 250 nəfərlik Azərbaycan günü


Digərləri 27 May 2019 17:21:00 230 0

Ankarada 250 nəfərlik Azərbaycan günü

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyi, Xaricdəki Türklər və Əqrəba İcmalar Baş İdarəsi (YTB) və Ankara Sosyal Bilimlər Universiteti (ASBÜ) ilə birlikdə ASBU-nun Xarici Dillər Kollecində "Könül Coğrafiyası" adlı iftar proqramı təşkil edib.

Tədbirdə ASBU rektoru Prof.Dr. Mehmet Barca, YTB-nin Sədr müavinu Sait Yusuf, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin 1. Katibi Ramil Qurbanov, T.B.M.M. Ordu Millət vəkili Metin Gündoğdu, T.B.M.M. Iğdır Millət vəkili Yaşar Karadağ, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı sabiq səfiri Hulusi Kılıç, Ankarada təhsil alan gənclər və 20-dən çox ölkədən 250 nəfərdən artıq beynəlxalq tələbələr iştirak edib.

Tanınmış aparıcı Ülkər Piriyevanın təqdimatı ilə həyata keçirilən proqramda axşam əzanının oxunması ilə iftarını açan qonaqlara AGAH tərəfindən hazırlanan Azərbaycan mətbəxinin "şah əsəri" Şah Plov təqdim edilib.

Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin oxunması ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən AGAH İctimai Birliyinin sədri Təbriz Raufoğlu, "Könül Coğrafiyası" Azərbaycan iftar proqramına gələn bütün qonaqları salamlayıb.

Dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq tələbələrə Azərbaycanı tanıtmaqdan olduqca məmnun olduğunu qeyd edən AGAH sədri, yeganə arzusunun növbəti belə iftar proqramlarının Azərbaycanın işğal altında olan torpaqlarında, Şuşada və başqa rayonlarda keçirmək olduğunu vurğuladı.

Tədbirdə çıxış edən qonaqlar da Türkiyə-Azərbaycan ikili münasibətlərindən danışaraq, iki ölkənin artıq sadəcə qardaş deyil, əkiz qardaş dövlətlər olduğunu vurguladılar. Çışıx edən qonaqlar ramazan ayı münasibətilə keçirilən bu kimi iftar proqramlarının ölkələrin tanıdılması, gənclərin müxtəlif mədəniyyətlər ilə tanışlığı və ən əsası ramazan ayının hüzur və bərəkətinin birlikdə yaşanılması və yaşadılmasından ötürü olduqca vacib olduğunu qeyd etdilər.


Xəbərə aid fotolar