Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, məktəbli bıçaqlandı


Digərləri 27 May 2019 16:53:54 220 0

Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, məktəbli bıçaqlandı

Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib.

Bakı. Samir Əli - Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib. Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Buta qəsəbə sakini, 2002-ci il təvəllüdlü Xəlilov Rəhim İlqar oğlu ilə həmyaşıdı Şəmiyev Sənan Əlimurad oğlu Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin yaxınlığında mübahisə edib. Mübahisə davaya çevrilib və hadisə nəticəsində S.Şəmiyev R.Xəlilova üzərində gəzdirdiyi bıçaqla bir neçə zərbə endirib.