Maaş almaq üçün gedərkən faciə yaşadılar:


Dünya 27 May 2019 16:41:00 241 0

Maaş almaq üçün gedərkən faciə yaşadılar:

Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşən Mai-Ndombe gölündə gəminin batması nəticəsində ən azı 30 nəfər həlak olub, daha 200-ü itkin düşüb.

Son.az xəbər verir ki, bu haqda İnonqo şəhərinin meri Simona Mboo Vembaya istinadən "Assoşieyted Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, gəmidə olanların əksəriyyəti maaş almaq üçün gedən müəllimlər idi.

Qeyd edilir ki, yolların keyfiyyətsiz olması onlara başqa üsullarla lazımi yerə çatmağa imkan vermir.