Avroliqanın final oyunu üçün 52 mindən artıq bilet satılıb


İdman 27 May 2019 16:37:00 294 0

Avroliqanın final oyunu üçün 52 mindən artıq bilet satılıb

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

Goal.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, satış nöqtələri şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərir: "Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Artıq bu günə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb. Yəni 52 mindən artıq bilet sahibinə təqdim edilib. Onların arasında UEFA-nın sponsorları, əməkdaşlıq etdiyi təşkilatlar var ki, biletlər sahiblərinə çatdırılıb".

F.Abdulla bildirib ki, final oyununa nə qədər azarkeş və turistin bilet aldığı məlum deyil: "Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda Chelsea ilə Arsenal komandaları qarşılaşacaq.