Bakıda taksi sürücüsünü ürəyindən bıçaqladılar


Kriminal 27 May 2019 16:32:00 228 0

Bakıda taksi sürücüsünü ürəyindən bıçaqladılar

Bakı Ağır Cinayətlər Məhkəməsində payaxtda qətl törətməkdə təqsirləndirilən Şamil Fətiyev, Nurlan Bağırov və Səddam Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 3-nə təyin olunub.

Qeyd edək ki, ötən il avqustun 27-də paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Ş.Fətiyev, N.Bağırov və S.Hüseynli saxlanılıb. Məlumata görə, R.Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananda yaşayıb.