Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olunub


Digərləri 27 May 2019 16:22:00 216 0

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası təsis olunub

“Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

Bakı. Ayşəm Rüstəmova - “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub. Trend-in məlumatına götə, assosiasiya taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkədə 30-a yaxın assosiasiya fəaliyyət göstərir və nazirlik taxılçılıq sahəsində fəaliyyət göstərənləri dəstəkləyir: "Bu gün ölkədə 50-ə yaxın iri fermer təsərrüfatları yaradılıb. 24 iri təsərrüfata 162 milyon manat güzəştli kredit verilib".