Havay adalarında akula bir nəfəri parçaladı


Dünya 27 May 2019 16:14:00 237 0

Havay adalarında akula bir nəfəri parçaladı

Havay adalarının Maui adası sahillərində bir nəfər akula hücumu nəticəsində həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, akula sahildən 50 metr məsafədə olan 65 yaşlı Kaliforniya sakininə hücum edib.

Bildirilir ki, hadisə baş verən zonada xəbərdarlıq işarələri yerləşdirilib.

Qeyd edək ki, bu, Havay adalarında ilin əvvəlindən qeydə alınan 3-cü akula hücumudur.