"Oğlana bütün sirlərini danışmaq olmaz, yoxsa qaçar"


Şou-biznes 27 May 2019 15:37:00 213 0

"Oğlana bütün sirlərini danışmaq olmaz, yoxsa qaçar"

"Dedim, yaxşı qardaşım, qələt etdim"

Oğlana bütün sirlərini danışmaq olmaz, yoxsa qaçar. Ailənin xoşbəxt görünməsi üçün birlik lazımdır.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Aparıcı sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən söz açıb:

"Qonşularım haqqımda fikirlərşir ki, mən milyonçuyam. Sosial şəbəkədə ən az təhqir edilən qadınlardanam. Bu yaxınlarda şortikdə şəkil paylaşdım, kişili-arvadlı hamı düşdü üstümə: biz səni belə görmək istəmirik. Dedim, yaxşı qardaşım, qələt etdim".

Vüsalə "Ən güclü rəqibin kimdir" sualına "İllərlə insanların yaddaşında İnstaqram olmamış qalmışam. Analıq məzuliyyətində olanda belə, bəziləri kimi yaddaşlardan silinməmişəmsə, demək yerimdə yaxşıyam" cavabını verib.