Polşada məktəbdə ATIŞMA


Dünya 27 May 2019 15:24:00 191 0

Polşada məktəbdə ATIŞMA

Polşanın Brest-Kuyavsk şəhərindəki məktəblərin birində atışma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, məktəbin 18 yaşlı keçmiş şagirdi tapança ilə məktəbə daxil olaraq atəş açmağa başlayıb. Bundan başqa, o, iki petarda da partladıb.

Həmin şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.