Milan-dan PSG-yə keçir


İdman 27 May 2019 15:10:00 257 0

Milan-dan  PSG-yə keçir

Milan-ın idman direktoru Leonardo komandanı tərk etməyə hazırlaşır.

Goal.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb braziliyalı futbol funksionerinin klubun icraçı direktoru İvan Qazidislə münasibətlərinin yaxşı olmamasıdır. Bundan başqa, komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi də Leonardoya inamı azaldıb.

Leonardonun yaxın günlərdə Milan-la vidalaşacağı və PSG-yə keçəcəyi gözlənilir. O, 2011-2013-cü illərdə də Paris klubunda idman direktoru vəzifəsində çalışıb.