Azərbaycanda daha bir gənc ana özünü öldürdü


Digərləri 27 May 2019 14:37:00 199 0

Azərbaycanda daha bir gənc ana özünü öldürdü

Qazaxda intihar hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Həsənova Fatimə İlqar qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Ailəli və azyaşlı övlad sahibi olan qadının özünü hansı səbəbdən öldürdüyü, hələ ki, məlum deyil.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.