Dünya çempionu Bakıya gələ bilməyəcək


İdman 27 May 2019 13:52:00 224 0

Dünya çempionu Bakıya gələ bilməyəcək

İngiltərənin Chelsea klubu Bakıda Arsenal-la keçirəcəyi Avropa Liqasının final matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.

Goal.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi N Qolo Kante son məşqlərdən birində dizindən zədələnib. Fransalı dünya çempionundan əlavə, Antonio Rüdiger, Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də eyni səbəbdən həlledici qarşılaşmada "zadəganlar"a kömək edə bilməyəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlayacaq.