Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlanıb


Digərləri 27 May 2019 13:55:00 185 0

Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlanıb

Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.