Şəmkirdə evə maskalı şəxslər girib (FOTO)


Digərləri 27 May 2019 13:26:00 168 0

Şəmkirdə evə maskalı şəxslər girib (FOTO)

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bakı. Mayın 20-də Şəmkir rayonunda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Seyfəli kəndində yaşayan G.Qasımovanın evinə 2 maskalı şəxs girib. Quldurlar onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.