İran 1 ayda Azərbaycana 20 milyon dollarlıq məhsul ixrac edib


Digərləri 27 May 2019 13:17:00 202 0

İran 1 ayda Azərbaycana 20 milyon dollarlıq məhsul ixrac edib

Bu il İran 20 milyon dollar dəyərində məhsulu Azərbaycana ixrac edib.

Bakı. Elnur Bağışov – Bu il İran 20 milyon dollar dəyərində məhsulu Azərbaycana ixrac edib. Bu barədə Trend İranın Ticarət İnkişafı Təşkilatının hesabatına istinadən məlumat verib. Məlumata görə, bu müddət ərzində İran ölkəmizə 33 min ton məhsulu ixrac edib. Qeyd olunan müddətdə Azərbaycana məhsul ixracı İranın bütün ixracında dəyər baxımından 0,8% təşkil edib. İranın Azərbaycana məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 9%, çəki baxımından isə 11% azalıb.