Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir


Digərləri 27 May 2019 12:07:00 256 0

Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir

Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".

K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir: