"Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir"


Siyasət 27 May 2019 11:04:00 211 0

"Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir"

Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün, ilk növbədə, atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan "Kommersant" qəzetinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.

Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.