Türkiyədə 1000-dən artıq polis səfərbər edildi - Əməliyyat var...


Digərləri 27 May 2019 11:04:45 170 0

Türkiyədə 1000-dən artıq polis səfərbər edildi - Əməliyyat var...

Türkiyə polisi Bursa vilayətində narkotacirlərə qarşı irimiqyaslı əməliyyat keçirir

Bakı. Rufiz Hafizoğlu - Türkiyə polisi Bursa vilayətində narkotacirlərə qarşı irimiqyaslı əməliyyat keçirir. Trend-in məlumatına görə, əməliyyatda mindən artıq polis iştirak edir. 40 nəfərin saxlanıldığı bildirilir. Əməliyyat konkret ünvanlarda aparılır. Bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib ki, ölkədə narkomaniya və narkoticarətlə mübarizə tədbirləri gücləndirilməlidir.