Dilarə: "Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur" FOTO


Şou-biznes 27 May 2019 09:54:00 234 0

Dilarə: "Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur"  FOTO

Müğənni Dilarə Kazımova "Nikotinə yox" adlı fotosessiyaya imza atıb.

Son.az axşam.az-a istinadən bildirir ki, fotoqraf Xalid Zeynallının obyektivi qarşısına keçən ifaçı hər kəsi nikotindən uzaq durmağa səsləyib.

Sənətçi fotolarının ağ və qara rənglərdən ibarət olmasına isə belə aydınlıq gətirib:

"Dünyada görə biləcəyimiz, yaşayacağımız o qədər gözəl rənglər var ki... Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur. Həyatınızı rəngsiz hala gətirməyin. Özünüzü və sağlamlığınızı qoruyun. Dünyanız qara və bozdan yox, əlvan rənglərdən ibarət olsun".

Qeyd edək ki, siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir.


Xəbərə aid fotolar