Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib


Digərləri 27 May 2019 09:54:00 186 0

Millət vəkili Azərbaycan gimnastlarını təbrik edib

2019-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində növbəti mötəbər idman yarışı təşkil olunub.

Bakı. 2019-cu ilin 24-26 may tarixlərində Bakı şəhərində növbəti mötəbər idman yarışı təşkil olunub. Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilib. Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc idmançı iştirak edib. Azərbaycan milli komandası bu çempionatda ən yüksək nəticə göstərərək böyüklər arasında aero dans proqramında qızıl medala sahib olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyə keçəndən sonra Azərbaycanda bu idman növü sürətlə inkişaf etməyə başlayıb və Azərbaycan gimnastları müxtəlif səviyyəli yarışların qalibi olurlar.