Tramp ilkə imza atdı


Dünya 27 May 2019 08:52:00 224 0

Tramp ilkə imza atdı

ABŞ prezidenti Donald Tramp Yaponiyanın yeni imperatoru ilə gorüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, D.Tramp Yaponiya imperatoru Naruhito tərəfindən sarayında qəbul edilmiş birinci xarici lider olub.

ABŞ prezidentini salamlamaq üçün sarayın qarşısında qırmızi xalçalar salınıb və fəxri qarovul dəstəsi düzülüb. İki ölkənin himnləri səsləndirilib.

Yaponiyanın İmperatoru və İmperatriçə Masako D.Trump və onun həyat yoldaşı Melanya Trump ilə Yaponiyanın dövlət xadimlərini samlayaraq saraya tərəf gediblər.