Kiyevdə yeni şüşə körpüsü çat verib


Dünya 27 May 2019 07:21:00 230 0

Kiyevdə yeni şüşə körpüsü çat verib

Ukrayna paytaxtında yenicə istismara verilən şüşə körpüsü bir gün sonra çat verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları körpüyə girişi bağlayıb.

Yeni körpünü şənbə günü Kiyevin meri Vitaliy Kliçko açıb. Sabahısı gün isə nəməlum şəxslər körpünün üstündə oppanıb və onun şüşə döşəməsini zədələyib.

Kliçkonun sözlərinə görə, bu, qəsdən törədilib.