Misirdə 9 polis əməkdaşı həlak olub


Dünya 27 May 2019 07:14:00 219 0

Misirdə 9 polis əməkdaşı həlak olub

Misirin İsmailiyyə şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu barədə "Youm7" portalı xəbəri verir.

Məlumata əsasən, həmin polis əməkdaşlarını aparan pikap, yük treyleri ilə toqquşub. Bundan dərhal sonra avtomobil alovlanıb. Avtomobildə olan iki polis zabiti və yeddi müddətli xidmətinin əsgərləri həlak olub.

Ehtimal edilir ki, qəza yol hərəkəti qaydalarının pozulduğuna görə baş verib.