Həsrətin möhkəmləndirdiyi ailə FOTO


Digərləri 27 May 2019 05:30:00 87 0

Həsrətin möhkəmləndirdiyi ailə  FOTO

Elmin Alışanov: "Bir-birini anlaya bilmək ən böyük xoşbəxtlikdir"

Şəfaqət Həbibova: "Məsafələr bizim sevgimizi çoxaldır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onlar digər ailələrdən fərqlənirlər. Bir çoxları kimi səhər işə gedib 6-dan sonra evdə olmaq, birlikdə uzunmüddətli tətilə çıxmaq bu cütlüyə yaddır. Bu ailəni bir-birindən nəinki şəhərlər, bəzən sərhədlər ayırır. Amma bu "ayrılıqlar" onları bir-birinə daha çox bağlayır. Necə deyərlər, həsrətdən eşq doğur. Bu dəfə voleybolçu ailəsi ilə söhbətləşdik.

Rubrikamızın qonaqları Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin üzvü Elmin Alışanov və qadın yığmamızın oyunçusu Şəfaqət Həbibovadır. Onların ortaq nöqtəsi voleyboldur. Elə tanışlıqları da burada başlayıb. Uzun müddətli dostluq və həmkar münasibətləri sevgiyə çevrilib.

"Onun sakitliyini sevirdim"   Elmin deyir ki, 8 il bir-birlərini tanısalar da, 4 il sevgili olublar: "Şəfaqətin insana qarşı münasibəti, xarakteri, xüsusiyyətləri məni özünə çəkirdi. Onunla danışmaqdan, söhbət etməkdən, bölüşməkdən zövq alırdım. Görməyəndə darıxmağa başlayırdım. Sonra dedim ki, bu, axtardığım qadındır və bizim sevgi münasibətlərimiz başladı".

Şəfaqətin isə diqqətini Elminin sakit təbiətli olması çəkib: "Mən çılğın, dəli-dolu insanam. Amma Elmin sakit təbiətlidir. Onun sakitliyini sevirdim. Bir-birimizi tamamladığımızı düşündüm və münasibətə qərar verdim".

Cütlüyümüz deyir ki, ailə qurduqdan sonra həyatlarında heç bir dəyişiklik olmayıb: "Adətən deyirlər ki, sevgili vaxtı insanı tanımaq mümkün deyil. Ailə qurduqdan sonra tərəflərin bilinməyən xüsusiyyətləri ortaya çıxır. Amma bizdə elə deyil. Bizim işlə əlaqədar olaraq, onsuz da bütün günümüz birlikdə keçirdi və ailə kimi idik. Bir-birimizi o qədər yaxşı tanıyırıq ki... Ailə qurduqdan sonra da çətinliyimiz olmadı. Özümüz necə idiksə, elə də davam etdik. Bir-birimizi seçməkdə yanılmadıq və düzgün tanıyıb, qiymətləndirdik". 

"Sevgili vaxtı şərtlərim var idi"   Cütlüyümüz sevgili vaxtı qarşı tərəfdə bəyənmədikləri xüsusiyyətləri və bir-birindən tələblərini müəyyənləşdirib, evlənənə qədər bunu vərdiş halına gətiriblər.

Elmin:"Sevgili vaxtı müəyyən şərtlərim var idi. Elə evlilikdən sonrakı ssenarini də o zaman qurduq. Mən bəyənmədiyim xüsusiyyətləri əvvəlcədən dedim. Deyirdim ki, harasa gedəndə mənim xəbərim olmalıdır, gəlirsən və ya planın varsa, mən əvvəlcədən bilməliyəm. Şəfaqət də bunlarla razılaşdı. O, xasiyyətimi bilir və məni tanıdığı üçün problem yaşamırdıq".

Şəfaqət:"Mən Elminin bütün istəklərini normal qəbul edirdim. Düzdür, əvvəllər gedib-gəldiyim yeri deməyə öyrəşə bilmirdim. Bəzən unudub demirdim və problemlərimiz olurdu. Amma bu, vərdiş halını aldı və problem yaşamırıq". 

"Bunun üçün həsrət çəkməyə dəyər"   Voleybolçu ailəsinin xüsusiyyətlərindən danışan Elmin deyir ki, tək çətinlikləri işlə bağlı olaraq aradakı məsafələr, bəzən də sərhədlərdir: "Bir-birimizi az görürük. Yarışlara, məşqlərə gedirik. İlin yarısı başımız qarışıq olur. Əsasən yay vaxtlarında bir yerdə oluruq".

Şəfaqət: "Yay vaxtı da çox vaxt alınmır. Bəzən elə olur ki, o gəlir, mən gedirəm, mən gəlirəm, o gedir. Maksimum 1-2 həftə bir yerdə ola bilirik. Sonra hamı işinin ardınca gedir. Yəqin ki, gənc ailə üçün bundan çətin heç nə yoxdur".

Elmin: "Müsbət tərəfi isə odur ki, idmançıyıq və ölkəmizi təmsil edirik. Fəal həyat tərzi keçirir, passiv deyilik. Müntəzəm məşqlər edir, ölkələri gəzir, ən əsası, bayrağımızı dalğalandırırıq. Bunun üçün həsrət çəkməyə dəyər". Şəfaqət:"Həyat tərzimizi heç kimə sözlə izah edə bilmərik. İdmançını ailədə ancaq idmançı başa düşə bilər. İkimiz  də eyni sahənin insanı olduğumuz üçün xoşbəxtik. Başqa sahənin adamlarına bizim münasibət qəribə gəlir. O qədər fərqli baxırlar ki... "Siz niyə evlənibsiniz ki, onsuz da bir-birinizi gec-gec görürsünüz", "Siz necə ailəsiniz?" kimi fikirlər bildirirlər".

Elmin:"İdmançı həyatı idmançı olmayan adam üçün çox fərqli gəlir. Məsələn, mən idmandan, voleyboldan, öz həyat tərzimizdən şövqlə danışanda onlar normal baxmırlar. Sual verirlər ki, bütün günü idman etmək olmaz, siz niyə yorulmursunuz? İşimizlə bağlı səfərdə olmağımızı, bir-birimizi gec görməyimizi insanlar ümumiyyətlə, qəbul edə bilmirlər. Karyera qurban tələb edir. Üstəlik, ölkəni təmsil edirsənsə, bu sənin borcundur. Bizim üçün fərqli və qeyri adi bir şey yoxdur. Düzdür, bir-birimiz üçün çox darıxırıq. Əlbəttə, istəyərəm hər dəqiqə Şəfaqətin yanında olum, o olmayanda özümü boşluqda hiss edirəm. Amma anlayırıq ki, bu, bizim həyatımızdır. Biz işimizə görə ayrılmaq məcburiyyətində qalırıq".

Şəfaqət:"Bizim üçün normaldır. Düzdür, arada 2-3 günlük Bakıya gəlirik. Amma bəzən olur ki, mən gəlirəm, həmin vaxt Elmin getməlidir. Əsasən də, ailələrimizə bunu izah etmək çətin olur.  Əsas odur ki, bir-birimizi başa düşürük və məsafələr bizim sevgimizi çoxaldır. Biz maneə deyil".

"Şəfaqəti evdə tapılanda bişirir"   Elminlə söhbətdən məlum olur ki, məşhur voleybolçu kimi tanıdığımız Şəfaqət Həbibova həm də yaxşı aşpazdır. Voleybol qədər olmasa da, mətbəx sevgisi də az deyil.

Şəfaqət:"Mətbəxi çox sevirəm. Evdə olanda mütləq fərqli yeməklər hazırlayıram. Elmin şirniyyatı, ümumiyyətlə, yeməyi sevir. Üstəlik, fərqli yeməklər tələb edir. Mən bişirirəm, o yeyir. Toyuq souzu, yarpaq dolmasını sevir. Amma tikə əti qətiyyən istəmir".


Xəbərə aid fotolar

Kamçatkada 4,9 bal gücündə zəlzələ olub like
  • 27 May 05:20  
Digərləri Kamçatkada 4,9 bal gücündə zəlzələ olub

Kamçatka sahillərində 4,9 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Zaqatalada ev yanıb like
  • 27 May 04:20  
Digərləri Zaqatalada ev yanıb

Zaqatalada ikimərtəbəli ev yanıb

arrow Ətraflı
Qitanas Naouseda Litvada prezident seçkilərində irəlidədir like
  • 27 May 04:10  
Digərləri Qitanas Naouseda Litvada prezident seçkilərində irəlidədir

İqtisadçı Qitanas Nauseda, Litvada keçirilən prezident seçkilərinin ikinc

arrow Ətraflı
Suriyada raket atəşi nəticəsində beş nəfər həlak olub like
  • 27 May 03:10  
Digərləri Suriyada raket atəşi nəticəsində beş nəfər həlak olub

Suriyanın Skalbiya şəhəri silahlılar tərəfindən raket atəşinə tutulub

arrow Ətraflı
Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub like
  • 27 May 02:15  
Digərləri Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub

Misrin İsmayiliya şəhəri yaxınlığında baş verən yol qəzasında ölkə

arrow Ətraflı
Azərbaycanlıların rəqs qrupu Kiyevdə beynəlxalq uşaq festivalında təmsil olunub (FOTO) like
  • 27 May 01:15  
Digərləri Azərbaycanlıların rəqs qrupu Kiyevdə beynəlxalq uşaq festivalında təmsil olunub (FOTO)

“Kiyev günləri” çərçivəsində Ukraynanın paytaxtında keçirilən “

arrow Ətraflı
Litvada prezident seçkilərinin ikinci mərhələsinə səsvermə başa çatıb like
  • 27 May 00:16  
Digərləri Litvada prezident seçkilərinin ikinci mərhələsinə səsvermə başa çatıb

Bu gün Litvada prezident seçkilərinin ikinci mərhələsində və Avropa Parl

arrow Ətraflı
43 yaşlı aktrisa "hədəf" oldu  FOTO like
  • 26 May 23:58  
Digərləri 43 yaşlı aktrisa "hədəf" oldu FOTO

Avstraliyalı aktrisa Ayla Fişer ABŞ=ın Los-Anceles şəhərində alıh-veri

arrow Ətraflı
Orucun fəziləti haqqında like
  • 26 May 23:55  
Digərləri Orucun fəziləti haqqında

Hz. Əbu Hüreyrədən (r.a.): - "Əziz və Cəlil olan Allah "İnsan

arrow Ətraflı