Otel və kirayə evlərə pul xərcləməyən turistlər FOTO


Digərləri 27 May 2019 04:30:00 248 0

Otel və kirayə evlərə pul xərcləməyən turistlər  FOTO

Son illər şimal bölgəsinin turizm zonalarında çadır quraraq dincələn turistlərin sayı xeyli artıb.

Çadırda qalmağın əsas üstünlüyü dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Otel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür.

Çadırda gecələmək turistlər üçün olduqca sərfəlidir. Məsələn iki nəfər turist bir həftə oteldə və kirayə evdə qalsa, ən azı 200-250 manat ödəməlidir. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərə xərcləmək mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həftəsonlarını təbiət qoynunda keçirməyi sevən Ləman və Aysel adətən dostları ilə birlikdə çadırda qalmağa üstünlük verirlər. Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.

"Biz əsasən istirahətimizi həftəsonuna salırıq. Ailə üzvlərimizlə, dostlarımızla təbiət qoynuna gəlirik. Bu bizə asan başa gəlir. Əvvəlcə meşəlik ərazidə çadırımızı qurmağa uyğun yer tapırıq. Sonra yemək hazırlıyırıq. Bu cür dincəlmək bizə çox ucuz başa gəlir", - deyə Ləman Fətullayeva bildirib.

Çadır qurulan ərazi seçilərkən diqqət etməli bir vacib məqamlar var.

"Ayı və başqa vəhşi heyvanların yaşadığı ərazilərdə çadır qurmaq təhlükəlidir. Ona görə ərazi seçiləndə diqqət etməliyik ki, vəhşi heyvanlardan uzaq bir yer olsun. Biz adətən çadırın yaxınlığında ocaq qalayırıq. Bu zaman ətrafdan yarpaqları, təmizləyirik ki, yanğın baş verməsin", -deyə Aysel Seyidməmmədova söyləyib.

Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.


Xəbərə aid fotolar