İnsan cənnətdə bircə bu məqamda üzüləcək...


Digərləri 26 May 2019 22:45:00 204 0

İnsan cənnətdə bircə bu məqamda üzüləcək...

İnsan cənnətdə o qədər xoş duyğular yaşayır, rahat olur ki, bunu başqa heç bir şey ilə müqayisə etmək mümkün deyil. Amma cənnətdə də insanın üzüləcəyi tək bircə məqam var: insan həyatının xronologiyasına baxacaq və orada Allah-Taalanın:

"Qulum mənə dua eləsin, onun günahını bağışlayım. Qulum məndən istəsin, onun istədiyini verim" kimi neçə məqamların boşa getdiyini görüb üzüləcək.

İnsan cənnətdə tək ona üzüləcək ki, bəzi zamanlarda Allahın o böyük lütfünü başının üstündə hiss edib, ona can atmayıb.