Kannda yaxtalar toqquşdu, britaniyalı turist həlak oldu


Dünya 26 May 2019 22:03:00 217 0

Kannda yaxtalar toqquşdu, britaniyalı turist həlak oldu

Fransanın Kann şəhərində yaxtaların toqquşması nəticəsində 29 yaşlı Britaniyalı turist həyatını itirib. Qalan 17 nəfər limana təhlükəsiz şəkildə çatdırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kann film festivalının son gecəsində meydana gələn toqquşmanın səbəbi polis tərəfindən araşdırılır.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həlak olan sərnişinin ailəsi ilə əlaqə saxlanılacaq və onun cəsədi yerli hakimiyyət orqanlarına təhvil veriləcək.