Güclü külək Tbilisidə ciddi fəsadlar törədib FOTO


Dünya 26 May 2019 22:07:00 238 0

Güclü külək Tbilisidə ciddi fəsadlar törədib  FOTO

Gürcüstan ərazisində mayın 26-da günün ikinci yarısında güclü külək və yağış ciddi fəsadlar törədib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, güclü külək paytaxt Tbilisidə, Müstəqillik Günü ilə əlaqədar mərkəzi Rustaveli prospektində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasını, idman yarışları və konsertlər keçirilməsi üçün quraşdırılmış konstruksiyaları dağıdıb. Xəsarət alan olmayıb.

Telavidə külək konsert üçün quraşdırılmış səhnəni uçurub. Daha bir neçə bölgədə ağaclar aşıb, bəzi kəndlərdə evlərin damı dağılıb.


Xəbərə aid fotolar