Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb


Digərləri 26 May 2019 21:55:00 181 0

Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib

Bakı. Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. Xatırladaq ki, bu il ilk dəfə olaraq 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verən bakalavrlar test imtahanını kompüter vasitəsilə veriblər. Mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.