Qadınlara ilham olan Mişel Obamadan


Digərləri 26 May 2019 21:35:00 206 0

Qadınlara ilham olan Mişel Obamadan

Amerikanın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı, Mişel Obama, ana, yazıçı və stil ikonudur. Amerika Birləşmiş Dövlətlərinin "First Lady"si olduğu 8 il ərzində, bütün dünyadakı qadınlar üçün ilham qaynağı olmağı bacarmışdı.

Son.az facemark.az-a istinadən bildirir ki, qadınlar üçün ədalət bərabərliyi, qızlar üçün təhsil haqqı, sağlam yaşayış üçün işlər etdi. Zamanımızın inqilabçı qadınlarından biri olduğunu deyə bilərik. Həmçinin son bir neçə il boyunca dediyi inanılmaz bilgi və motivasiya daşıyan sözləri bütün insanlara cəsarət verir.

1."Uğur qazandığınız pulun miqdarı ilə bağlı deyil. Uğur, insanların həyatlarında yaratdığınız toxunuş ilə bağlıdır".

2."Qorxma. Fokuslan. Qərar ver. Ümidli ol. Güclü ol.

3. Qızların təhsil aldığı ölkələr daha güclü və daha uğurlu olur.

4. Qadınların potensialını kəşf etməyən və vətəndaşlarının yarısının faydasından məhrum qalan ölkələr inkişaf edə bilməz.

5. Uğurunuzun davamlılığını tək yolu, xəyallarınıza çatmaq üçün çox çalışmaq və çox çalışmaq üçün də istəkli olmaqdır.

6."Kim olursunuzsa olun, haradan gəldiyiniz önəmli deyil, Gözəlsiniz".

7."Geridə qalan cəmiyyət ilə inkişaf edən cəmiyyət arasındakı tək fərq, dəyər göstərilən qadınların varlığıdır".

8. "Hər zaman özünüzə qarşı dürüst olun və əsla birinin dediklərinin sizin hədəflərinizdən uzaqlaşmasına icazə verməyin".

9."Qadınlar olaraq özümüz üçün ayağa qalxmalıyıq. Qadınlar olaraq bir-birimiz üçün ayağa qalxmalıyıq. Qadınlar olaraq hər kəs üçün, ədalət üçün ayağa qalxmalyıq!".

10. "Yenilikləri kəşf edin. Qorxmayın. Komfort zonanızdan çıxın və yüksəlin".