İraqda üç fransız ölüm cəzasına məhkum edilib


Dünya 26 May 2019 21:22:00 234 0

İraqda üç fransız ölüm cəzasına məhkum edilib

Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.

Mühakimə olunanların məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.