Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq


Digərləri 26 May 2019 21:05:00 207 0

Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq

Bu gün yarışlara gəlib və komandamıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirmək istəyirmə.

Bakı. Cani Babayeva - Bu gün yarışlara gəlib və komandamıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirmək istəyirmə. Bunu Trend-ə Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi Mariyan Kolev deyib. Xatırladaq ki, Azərbaycan gimnastları aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar. Baş məşqçi deyib: "Azarkeşlərin dəstəyi bizim üçüm çox vacibdir. Əlbəttə, bütün idmançılar çox çalışıb, səylə məşq edib, yarışa hazırlaşıb. Biz qələbəyə inanırdıq, mən şadam ki, biz çempion olduq". Mariyan Kolev qeyd edib ki, hərəkətləri sinxron şəkildə yerinə yetirərək aero dans proqramında çıxış etmək çətin məsələdir: "Bizə seçdiyimiz musiqi kömək etdi, uşaqlar urəkdən çıxış edirdirlər".