Qәlbindәki iki böyük ordunun qarşidurmasi


Digərləri 26 May 2019 20:50:00 218 0

Qәlbindәki iki böyük ordunun qarşidurmasi

Qəlb - bütün orqanların mərkəzi icraçı nöqtəsidir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur:

"Həqiqətən bədəndə bir ət parçası vardır ki, həmin ət parçası sağlam olsa bütün bədən sağlam olar, yox əgər xarab olsa, bütün bədən xarab olar, həqiqətən bu qəlbdir.." (Buxari 52 və Muslim1599)

Son.az islamevi.az-a istinadən bildirir ki, bu səbəblə də qəlb, insan bədənində ən çox qorunmalı və ən çox islah edilməli hissədir. Yaxşı, bəs sənin qəlbində vəziyyət necədir? Qəlbində iman'ı hakim tuta bilirsənmi?..

...Kafirlərin padşahı, öz ordusuyla birlikdə qəlbə doğru yönəldi... Gördü ki, qəlb - qalasının içərisində, məmləkətinin taxtına oturmuş vəziyyətdədir.. Qəlb öz adamlarına nə deyirdisə, (onu) dərhal icra edirdilər.. Әsgərləri, ətrafında onun üçün döyüşür, yanına kimsənin girə bilməməsi üçün mübarizə edirdilər..

Padşah, qəlbin bəzi məmurlarını və digər adamlarını aldadaraq ələ keçirmədikcə, hücum etməsinin qeyri-mümkün olduğunu başa düşdü.. Qəlbin ən etibarlı əsgərinin və ən yaxın adamının kim olduğun soruşdu..

'O - NӘFS`dir' - dedilər..

Padşah öz adamlarına bu əmri verdi:

- Ona (qəlbə) İSTӘK və ARZU qapısından yanaşın.. Nələri çox sevdiyini, nələrdən ləzzət aldığını öyrənin.. Sonra, onları ona bir-bir ona (qəlbə) xatırladın.. (ki,) onlara (qarşı) iştahı artsın, YUXUSUNDA və OYAQ OLDUĞU HALDA bunlarla məst olaraq, özünü itirsin.. Onlarla rahatlaşıb, təskinlik tapdıqca və özünü itirdikcə, üzərinə ŞӘHVӘT TOR`unu və qarmaqlarını atıb, özünüzə tərəf çəkin..

Әgər vəziyyət qəlb`in əleyhinə dönərsə və sizə təslim olarsa, o zaman göz, qulaq, dil, ağız, əl və ayaq kimi bədən üzvlərini ələ keçirmiş olarsınız.. Bu bədən üzvlərini/orqanlarını tam diqqətlә müşahidə edin... Qəlb`ə o orqanlardan daxil olsanız, onu ya ÖLÜ, ya ӘSİR ya da, AĞIR BİR ŞӘKİLDӘ YARALANMIŞ olaraq ələ keçirə bilərsiniz..